Niyə Sarkisyan dəmir barmaqlıqlar arxasında deyil?| Pərdəarxası razılaşma, yoxsa...

2019/08/00-13-1564996690.jpg
Oxunub: 25933     16:16     05 Avqust 2019    
“20 il cinayətkar oliqarx sistem ölkəni talayıb. Lakin inqilabdan sonra korrupsiya ittihamı ilə heç bir sabiq yüksək vəzifəli məmur mühakimə edilməyib”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri “İşıqlı Ermənistan partiyası” fraksiyasının üzvü, deputat Arman Babacanyan “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, əgər Manvel Qrqiqoryanın məşhur “tuşonka” işi olmasaydı belə təsəvvür yaranardı ki, sanki keçən illər ərzində sistemli korrupsiya və geniş yayılmış talan faktı baş verməyib.

“Əlbəttə, Robert Köçəryana qarşı irəli sürülən ittihamlardan biri rüşvət alma ittihamıdır. Lakin indiki mərhələdə bu fakt ilkin istintaq orqanının əsas mövzusu deyil. Əsrin rüşvətxoru sabiq Təbii Sərvətlər naziri Aram Harutyunyan himayə altında gizlənir. Sarkisyana qarşı heç bir ittiham irəli sürülməyib. Əksinə o, istədiyi kimi Baden Badenin zövqlərindən inqilab və ictimaiyyəti lağ edərək istifadə etməyə davam edir. 50/50-yə müəllif hüququ daşıyan Saşik təqsirli ittiham olunan statusunda olsa da, hazırda polisin humanizmindən yararlanır. Ölkəyə azad-giriş çıxışı var.

İnqilabdan sonra başdan ayağa korrupsiya içində olan sabiq rejimin heç bir prezidenti, Baş naziri, naziri, parlament sədri, deputatı, polisi, hakimi korrupsiyaya görə, azadlıqdan məhrum edilməyib. Hələ də korrupsiyaya qarşı mübarizə Ermənistanda bəyanatlar səviyyəsində qaldıqca, iqtisadi artım templəri olmayacaq. Nəhayət fəaliyyətdə olan hakimiyyət keçən 20 illik siyasi rejimə kəskin siyasi qiymətlər verməklə kifayətlənir. Dövlətçiliyə qarşı fəaliyyət göstərənlər himayə edilmədiyi müddətcə süveren, təhlükəsiz və inkişaf etmiş Ermənistan dövlətini qurmaq ümidləri təhlükə altındadır”, - deyə Babacanyan bildirib.

Erməni deputat İndoneziyada baş verən nümunəni misal çəkərək orada korrupsiya ittihamı ilə 10 nazir, Mərkəzi Bankın iki idarəedicisi, 19 vilayət rəhbəri, onlarla qanunverici orqan nümayəndəsinin azadlıqdan məhhum edildiyini qeyd edib.

“İndoneziyanın iqtisadiyyatı, yeri gəlmişkən, korrupsiya qarşı mübarizə və iqtisadiyyat arasındakı birbaşa əlaqəni sübut edərək, sürətlə inkişaf edir. Heç kim başqa bir şey sübut edə bilməz, Sarkisyan azadlıqda olduğu müddətcə, Hovik Abrahamyan nəhəng ev sahibi olmaqda davam etdikcə, Qaqik Xaçatryan öz talanını davam etdirdikcə, Ermənistanda korrupsiyaya qarşı mübarizə bəyanat xarateri daşıyacaq. Belə bir vəziyyətin davam etməsi inqilab ərəfəsində Sarkisyanla Paşinyan arasında razılaşma olmasına dair pərdəarxası şübhələri artırır. Təəssüf ki, sabiq hakimiyyət mənsublarının cəzasızlığı və Paşinyanın reytinqinin obyektiv olaraq düşməsi kontekstində belə şayiələr getdikcə daha geniş yayılacaq.

Digər tərəfdən, Paşinyan keçmişdəkilərə siyasi, hüuqi qiymət verməklə özünü aşılayıb. Paşinyan Sarkisyanın yaratdığı “super-baş nazirlik” vəzifəsində hakimiyyətdə olmağa davam edirsə, o halda istisnasız olaraq, 3-cü prezidentə siyasi qiymət verilməsi, yaxud hüquqi təqibə məruz qoyması məntiqə uyğun gəlmir. Başqa sözlə desək, ölkədə iststitusional dəyişikliklər aparılmır. Korrupsiya qarşı mübarizənin səmərəliliyi ilə bağlı yersiz danışırlar”,- deyə erməni deputat vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Böhran   Paşinyan  


Bizi "telegram"da izləyin